"Viaglueyə elektrik şoku tətbiq olunan zaman hüceyrələr nəbz kimi vurmağa başlayır
Böyük Britaniyanın York Universitetinin alimləri üç müxtəlif tip ürək hüceyrəsini birləşdirməklə süni ürək toxuması hazırlayıblar.
Unikal.org Azərbaycan Science Daily-yə istinadən məlumat verir ki, "Viaglue adlanan bu toxuma sıxılan ürək-əzələ, bağlayıcı toxuma və damar hüceyrələrindən ibarətdir. Bu hüceyrələr yapışqan vasitəsilə birləşdirilib. "Viaglueyə elektrik şoku tətbiq olunan zaman hüceyrələr nəbz kimi vurmağa başlayır. Əvvəllər yaradılmış iki və ya üçölçülü süni ürək toxumalarına elektrik şoku verilən zaman döyüntülər fasilələrlə müşahidə olunub. Universitetin professoru Muhammed Yusuf diqqətə çatdırıb ki, "Viaglue dərman testləri ilə yanaşı, ürək xəstəliklərinin araşdırılması və ürək köçürülməsi üçün faydalı olacaq.