Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzində həmişə olduğu kimi yenidən ucuz qiymətə avtomobillərin hərracları təşkil olunub. Avtosfer.az bu dəfə 21fevral və 14 mart 2017-ci il tarixlərdə hərraca çıxarılan nəqliyyat vasitələri haqda məlumatları diqqətinizə çatdırır:
21 fevral 2017-ci il tarixdə hərraca çıxarılan nəqliyyat vasitələrinin siyahısı
Balanssaxlayıcı müəssisənin adı | Avtonəqliyyat vasitəsinin markası | Buraxılış ili | Start qiyməti (manatla) | 10% beh (manatla) | |
1. | Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Maddi-Texniki Təminat Baş İdarəsinə bilavasitə tabe olan Avtomobil Təsərrüfatı | UAZ-31519 | 2006 | 1900 | 190 |
2. | Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti | Mitsubishi L 200 | 2005 | 5000 | 500 |
3. | Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzi | QAZ-13 | 1973 | 32000 | 3200 |
Qeyd: 1-ci sətirdə Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Maddi-Texniki Təminat Baş İdarəsinə bilavasitə tabe olan Avtomobil Təsərrüfatının balansında olan nəqliyyat vasitəsi 2-ci dəfə təkrar hərraca çıxarılır.
2-ci sətirdə Azərbaycan Respublikası Xüssusi Dövlət Mühafizə Xidmətinin balansında olan nəqliyyat vasitəsi 2-ci dəfə təkrar hərraca çıxarılır.
14 mart 2017-ci il tarixdə hərraca çıxarılan nəqliyyat vasitələrinin siyahısı
Balanssaxlayıcı müəssisənin adı | Avtonəqliyyat vasitəsinin markası | Buraxılış ili | Start qiyməti (manatla) | 10% beh (manatla) | |
1. | Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Maddi-Texniki Təminat Baş İdarəsinə bilavasitə tabe olan Avtomobil Təsərrüfatı | FİAT Doblo | 2008 | 3500 | 350 |
2. | Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Pentensiar Xidməti | VAZ-2121 | 1984 | 1000 | 100 |
3 | Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Pentensiar Xidməti | VAZ-2107 | 1995 | 1000 | 100 |
4. | Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Pentensiar Xidməti | QAZ-330720 | 2007 | 3000 | 300 |
5. | Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Pentensiar Xidməti | QAZ-3309-1372-09-229 | 2007 | 4000 | 400 |
6. | Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Pentensiar Xidməti | QAZ-330700-1012 | 2007 | 4500 | 450 |
7. | Bakı şəhər İcra Hakimiyyəti Bakı şəhər Ticarət və Xidmət Departamenti | Honda Civic | 2008 | 4600 | 460 |
8. | Azərbaycan Respublikası Təhsil Nazirliyi Respublika Texniki Yaradıcılıq Mərkəzi | QAZ-31105-120 | 2006 | 1600 | 160 |
Hərraclar Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzində keçiriləcəkdir (Zeynal Xəlil küçəsi 11a). Hərracda iştirak etmək üçün hərrac komissiyasına aşağıdakı sənədlər hərracın başlanılmasına ən gec 3 (üç) bank günü qalanadək təqdim olunmalıdır:
1. Sifarişçinin şəxsiyyətini təsdiq edən sənəd;
2. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən müəyyən edilmiş hesaba behin köçürülməsini təsdiq edən sənəd.