Cəlilabad rayonunda 5 nəfərin xəsarət alması ilə nəticələnmiş yol qəzası baş verib.
Unikal.org "Reporta istinadən xəbər verir ki, hadisə ötən gün, axşam saatlarında Ələt-Astara magistral yolunun rayonun Göytəpə şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, Lənkəran sakini, 38 yaşlı Fikrət Akif oğlu Orucov idarə etdiyi "Mersedes markalı avtomobil ilə hərəkətdə olarkən qəfil bəqliyyat vasitəsinə idarəetməni itirib. Nəticədə avtomobil yolun kənarındakı divar maneəyə çırpılaraq əzilib.
Hadisə zamanı sürücü və avtomobildə olan sərnişinlər - Bakı şəhər sakinləri - 27 yaşlı Məmmədağa Cəfər oğlu Ramazanov, 28 yaşlı Elşən Vahid oğlu Hüseynzadə, 28 yaşlı Rizvan İbrahim oğlu Cabbarov, 27 yaşlı Ceyhun Səfər oğlu Məmmədzadə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Xəsarət alanlar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.