Bakıda 60 yaşlı kişini avtomobil vuraraq öldürüb.

Unikal.org "Report"a istinadən xəbər verir ki. hadisə Suraxanı rayonunda qeydə alınıb.

Belə ki, aeroport yolu keçən 1957-ci il təvəllüdlü Osmanov Rac Əbdulrəşidoviçi avtomobil vurub. Nəticədə R.Osmanov hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.