Binalardan su sayğaclarını oğurlayanlar tutulub.

Daxili İşlər Nazirliyindən Unikal.org-a verilən məlumata görə, oğurluq etdiklərinə görə fevralın 9-da tutulan Mahir Bayturayevin və Fuad Mustafayevin ətrafında Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi, Nizami rayon Polis İdarəsi 24-cü Polis bölməsi, Xətai RPİ 34-cü PB və Sabunçu RPİ əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri ilə onların cari ilin ötən dövründə Nizami, Xətai və Sabunçu rayonları ərazilərindəki 6 yaşayış binasının girişlərindən və 4 evin həyətindən ümumilikdə 28 su sayğacını oğurlamaları da müəyyən edilib.