İslamabad Ali Məhkəməsi Pakistan ərazisində Müqəddəs Valentin günü - Sevgililər gününü qadağan edib.
Unikal.org Rusiya mətbuatına istinadən xəbər verir ki, məhkəmə bu qərarı Sevgililər gününün İslam ənənələri ilə heç bir əlaqəsinin olmadığını əsas gətirərək qəbul edib.
Qərara əsasən, həm rəsmi səviyyədə, həm də əhali arasında istənilən şəkildə həmin günü qeyd etmək qadağandır. Eyni zamanda, bu bayramın KİV-də təşviqi və ya reklamı da qadağan edilib.