Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun qətlə yetirilməsi anını əks etdirən fotoşəkil 60-cı "World Press Photo beynəlxalq fotojurnalistika müsabiqəsinin baş mükafatına layiq görülüb.

Unikal.org xəbər verir ki, Beynəlxalq müsabiqənin qaliblərinin mükafatlandırılması mərasimi fevralın 13-də Amsterdamda keçirilib.

İlin fotoşəklində 22 yaşlı Mert Altıntaş rusiyalı diplomata sui-qəsddən bir neçə dəqiqə sonra əks olunub. Arxa planda terrorçunun ölümcül yaraladığı diplomat görünür. Münsiflər heyətinin rəyinə görə, Assoşieyted Press agentliyinin fotomüxbiri Burxan Özbilicin çəkdiyi bu fotoşəkil dünyada insanlar arasında getdikcə artan nifrətin qara rəmzi kimi diqqəti cəlb edir.

"World Press Photo müsabiqəsi 1955-ci ildən keçirilir. Bu il müsabiqəyə 125 ölkədən 5 min fotojurnalistin 80 min foto işi təqdim edilib.