Şaxtalı havada qarda gəzişən qəribə qar adamı canlı yayıma çıxan müxbirə mane olub.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, hadisə ABŞ-da Massaçusets ştatının Sprinqfild şəhərində baş verib. 22News telekanalının müxbir canlı yayımda qarlı hava haqda məlumat verərkən, qar adamı ekranda görünməyə başlayıb.

Bunda sonra, operator qar adamını çəkməyə başlayıb. Nəticədə gülməli görüntülər ortaya çıxıb.

Məlum olub ki, bu qəribə kostyumu yaxınlıqda leqal narkotik maddələrin satışı ilə məşğul olan mağaza sahibi geyinib. Bunu hansı məqsədlə etdiyini isə açıqlamayıb.