Sərnişinlərin yeni, sürücüsüz nəqliyyat növü ilə daşınması mümkün olacaq
Fevralın 12-də Dubayda Dünya Hökumətlər Sammiti ("WorldGovernmentSummit) açılıb. Həmin sammitdə Dubay Yollar və Nəqliyyat İdarəsi tərəfindən təqdim edilmiş avtonom "uçan avtomobillər artıq bu ilin iyul ayında işləməyə başlayacaq, 2030-cu ilə qədər isə Dubay avtonom nəqliyyat sahəsində "pioner olacaq.
Unikal.org-un verdiyi xəbərə görə,Dubay Əmirliyinin Yollar və Nəqliyyat İdarəsinin rəhbəri Matar Əl-Tayer bu barədə həmin sammitdə məlumat verib.
Onun sözlərinə görə, sərnişinlərin yeni, sürücüsüz nəqliyyat növü ilə daşınması nəqliyyat xərclərinə ildə 22 milyard dirhəm qənaət etməyə, yol-nəqliyyat hadisələrinin sayını azaltmağa və ekoloji şəraiti yaxşılaşdırmağa imkan verəcək.
Qeyd etmək lazımdır ki, Çinin "Ehang şirkəti tərəfindən yaradılmış "uçan avtomobil sərnişinləri qısa məsafələr daşımağa imkan verən innovasiyalı nəqliyyat vasitəsidir.