Hacıqabulda baş verən yol qəzasında sürücü və iki qardaşı xəsarət alıb.

Unikal.org-un apa-ya istinadən məlumatına görə, saat 22.00 radələrində Bakı-Qazax avtomagistralının 115-ci kilometrliyinin Hacıqabul şəhəri ərazisindən keçən hissəsində avtoqəza baş verib.

Bakı sakini, 1990-cı il təvəllüdlü Əsgərov Vaqif Şahin oğlunun idarə etdiyi "Mercedes markalı 99 BG 458 dövlət nömrə nişanlı avtomobil idarəetməni itirərək dəmir səddə çırpılıb.

Nəticədə sürücü və avtomobildə olan sərnişinlər - Bakı sakinləri, 1982-ci il təvəllüdlü Əsgərov Habil Şahin oğlu və onun qardaşı 1979-cu il təvəllüdlü Əsgərov Zabil Şahin oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Şirvan şəhər xəstəxanasına çatdırılıb.

Faktla bağlı BDYPİ tərəfindən araşdırma aparılır.