Paytaxtda ağır yol qəzası baş verib.

Unikal.org Trend-ə istinadən xəbər verir ki, minik avtomobili Zabrat-Maştağa yolundakı körpüdən aşaraq dəmir yolunun üstünə düşüb.

Hadisə yerinə polis və təcili tibbi yardım briqadası cəlb olunub.

Qəzaya səbəb kimi yolun sürüşkən olduğu göstərilir. Hadisə zamanı 2 nəfər - 1992-ci il təvəllüdlü Vəliyev İsaq Şahvələd oğlu və anası 1972-ci il təvəllüdlü Vəliyə Sahilə İbrahim qızı hazırda 3 saylı şəhər xəstəxanasına yeləşdiriliblər.