Valideynlərindən xəbərsiz Bakıdan Qaxa gedən 21 yaşlı qız dərmandan zəhərlənib.

Unikal.org xəbər verir ki, Qax Mərkəzi Rayon Xəstəxanasından (MRX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, fevralın 13-də saat 19.00 radələrində Bakı şəhər sakini, 1996-cı il təvəllüdlü Nigar Oruc qızı Qasımova zəhərlənmə əlamətləri ilə MRX-a daxil olub. Məlum olub ki, o, dərmandan zəhərlənib.

Nigar Qasımovaya lazımi tibbi yardım göstərildikdən sonra vəziyyəti stabilləşib.

Bildirilib ki, Ni. Qasımova Bakı-Qax marşrutu ilə hərəkət edən sərnişin avtobusuyla Qaxa gedərkən yolda vəziyyəti pisləşib. O, əvvəlcə Qax rayon Əlibəyli kənd xəstəxanasına aparılıb, sonra MRX-a çatdırılıb.

Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, N. Qasımova evdən valideynlərindən xəbərsiz çıxıb. O, naməlum səbəbdən yolda bir neçə dərman preparatı qəbul edib.

Faktla bağlı Qax rayon prokurorluğunda araşdırma aparılır.