Abşeron rayonunda yol qəzası baş verib.

Unikal.org Trend-ə istinadən xəbər verir ki, hadisə rayonun Masazır qəsəbəsində baş verib.

Xırdalandan Novxanı istiqamətinə hərəkət edən "KİA-Sorrento" markalı avtomobil Masazır qəsəbəsi ərazisində hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq Masazırdakı duz gölünə düşüb.

Qəzanın baş verməsinə səbəb həmin ərazidə yolun buz bağlaması olub.