Hacıqabulda 3 nəfər maskalı evdən 13 min manat pul oğurlayıb.

Unikal.org apa-ya istinadən xəbər verir ki, fevralın 13-də gecə saatlarında Hacıqabul rayonunun Qubalı kənd sakini, 1964-cü il təvəllüdlü Tağıyev Kazım Fazil oğluna məxsus fərdi yaşayış evinə girən 3 maskalı şəxs ailə üzvlərini qorxudaraq mənzildən 13 min manat pulu götürərək qaçıb. Hazırda onların tutulması istiqamətində əməliyyat-axtarış və istintaq tədbirləri həyata keçirilir.

Faktla bağlı Hacıqabul rayon Polis Şöbəsində cinayət işi başlanıb.