Bakı, Cəlilabad və Sabirabadda silahlı şəxslər yaxalanıb.

Daxili İşlər Nazirliyindən (DİN) Unikal.org-a verilən məlumata görə, DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 13-də Cəlilabad rayon sakini, əvvəllər məhkum olunmuş Kamran Babayevdən paytaxtın Xətai rayonu ərazisində "TT" markalı tapança və 4 ədəd patron götürülüb.

Həmin gün Nərimanov RPİ 18-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Elnur Tağıyevdən "Naqan" markalı tapança və 4 ədəd patron götürülüb.

Sabirabad RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə kənd sakini Eldəniz İsmayılovdan müvafiq sənədləri olmayan "TOZ-B" markalı ov tüfəngi götürülüb.