"Neçə gündür ki, manat bahalaşır, dollar isə ucuzlaşır. Bəs niyə ərzaq məhsullarının qiymətləri gündən-günə qalxır?.
Unikal.org xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında millət vəkili Əli Məsimli deyib.
Deputat bildirib ki, o, sözügedən məsələdə işbazları ittiham edib: "Qiymət bahalaşması Azərbaycan dövlətinin qarşıya qoyduğu hədəfə ziddir. Mən dəqiq məlumatlar bildirirəm ki, manat bahalaşsa da yağın, şəkərin, qəndin, ətin qiyməti ucuzlaşmır, əksinə qalxır. Manat ucuzlaşıb dollar bahalaşanda işbazlar bəhanə gətirirdilər ki, bu, onlara ciddi zərbə olur, ona görə qiymət artımına gedirlər. Bəs indi nə baş verir? Bu məsələyə ciddi müdaxilə edilməlidir və təcili tədbirlər görülməlidir.