Masallı rayonunda fərdi yaşayış evi qarın ağırlığına tab gətirməyərək uçub.
Unikal.org "Report"a istinadən xəbər verir ki. hadisə rayonun Dəlləkli kəndində baş verib.
Belə ki, kənd sakini 1958-ci il təvəllüdlü Məmmədyar Mehdiyevə məxsus bir mərtəbəli ev qarın ağırlığına tab gətirməyib və uçub. Çiy kərpicdən olan evin arxa divarı uçduğundan evdən əşyaları çıxarmaq mümkün olmayıb.