Bu gün Azərbaycan bankları arasında daha 4 bank dolları satmaqdan imtina edib.
Unikal.org xəbər verir ki, Fins.az-ın araşdırmasına görə, "Günaybank artıq iki gündür ki, kassasında dollar olmadığına görə, dollar satışını həyata keçirmir.
"Bank Respublika, "Atabank və "Naxçıvanbank isə bu gündən satışı dayandırıb.
Qeyd edək ki, sadalanan banklar arasında bəziləri dolların alışını həyata keçirirlər.
Xatırladaq ki, "Paşabank artıq uzun zamandır ki, yalnız öz müştərilərinə dollar satdığını bəyan edir.