Bakıda yaşayış evində baş verən yanğınla bağlı bəzi detallar məlum olub.
Unikal.org Apa-ya istinadən xəbər verir ki, yanğın baş verən zaman evdə 3 azyaşlı olub. Uşaqların valideynləri həmin vaxt evdə olmayıb. Yanğın alovlanan zaman uşaqlardan ikisi evi tərk edib. Lakin 3 aylıq Cabbar Cəfərovu xilas edən olmayıb və o, yanaraq ölüb.
Hazırda yanğının baş vermə səbəbləri araşdırılır. Yanğının uşaqların ehtiyatsızlığından baş verməsi də istisna edilmir.
FHN-dən unikal.org-a verilən məlumata görə, Bakı şəhəri, Binəqədi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 35 m2olan birmərtəbəli 2 otaqlı evin 1 otağında 1 ədəd divan və 4 m2sahədə lambirdən ibarət tavan yanmışdır. Yanğının kəşfiyyatı zamanı 2016-cı il təvəllüdlü Cəfərov Cabbar Siyavuş oğlunun meyiti aşkar olunmuşdur. Bitişik mənzillər yanğından mühafizə olunmuşdur. Yanğın saat 12:51-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.