Bu gün Kürdəmir rayonu, Xırdapay kəndində vətəndaşa məxsus ümumi sahəsi 230 m2 olan kürsülü birmərtəbəli 6 otaqlı evin 2 otağının və dəhlizinin yanar konstruksiyaları 55 m2 sahədə yanıb.

Unikal.org-un FHN-in saytına istinadən verdiyi xəbərə görə, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 08:15-də yanğınsöndürənlər tərəfindən söndürülüb.