Samuxda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org
Apa-ya istinadən xəbər verir ki, hadisə rayonun İnstitut qəsəbəsində qeydə alınıb. "VAZ 2107 və "VAZ 2106 markalı iki avtomobilin toqquşması nəticəsində bir nəfər xəsarət alıb. Ona tibbi yardım göstərilib, vəziyyətinin normal olduğu bildirilir.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.