Bakıda Binəqədi rayonu 8 mikr. ərazisində yol nəqliyyat hadisəsi baş verib. 

Unikal.org bildirir ki, "Baku Bus" MMC-yə məxsus, 8saylı marşrut xəttti ilə hərəkət edən 90-JX-206 dövlət nömrə nişanlı avtobus Azadlıq prospektində, "Qoşa zapravka adlanan ərazidə 99-KE-133 nömrə nişanlı "Hyundai" ilə toqquşub.  Hadisə nəticəsində minik avtomobilinə ziyan dəyib,  xəsarət alan olmayıb. 

Qeyd edək ki, "Hyundai"ı idarə edən xanım sürücü olub.