Bakıda dəm qazı daha bir nəfərin həyatına son qoyub.

Unikal.org Apa-ya istinadən xəbər verir ki, bu barədə Binəqədi rayon Polis İdarəsindən məlumat verilib.

Bildirilib ki, rayonun Cəfər Cabbarlı küçəsi, yeni yaşayış sahəsində yaşayan, 1995-ci il təvəllüdlü Sara Müslüm qızı Həmidova yaşadığı evdə dəm qazından boğularaq ölüb.

Faktla bağlı araşdırma aparılır.