Xırdalanda baş vermiş intihar hadisəsi ilə bağlı bəzi məqamlar ortaya çıxıb.
Unikal.org-un məlumatına görə, Xırdalan şəhəri 1 saylı orta məktəbin direktoru Kəmalə Yusifova Lent.az-a açıqlamasında bildirib ki, intihar edən Fərrux Əsədli çox tərbiyəli, dərslərini yaxşı oxuyan bir şagird olub.
Direktor deyib ki, F.Əsədlinin Sevgililər Günündə intihar etməsinin hansısa qarşılıqsız sevgiylə bağlı olmadığını deyib: "O, çox nümunəvi şagird idi. Məktəbdə hamı onun başına and içirdi". K.Yusifovanın sözlərinə görə, anası da Fərruxun özünü niyə öldürməsinin səbəbini bilmədiyini deyib.
O da məlum olub ki, F.Əsədlinin ailəsi hadisənin baş verdiyi binanın 3-cü mərtəbəsində yaşayır. Fərrux həmin binanına damına çıxaraq özünü aşağı atıb.