Gəncədə dönərxanada partlayış olub.

Unikal.org Apa-ya istinadən xəbər verir ki, hadisə Gəncə şəhəri, Nizami prospektində yerləşən dönərxanada qeydə alınıb.

Məişətdə istifadə olunan qaz balonunun partlaması nəticəsində 36 kv/m sahəsi olan dönərxananın 6 kv/m ərazisi yanıb. Hadisə yerində cəlb edilən Gəncə şəhər Yanğından Mühafizə İdarəsinin yanğınsöndürənləri yanğının qarşısını alıb və yanğın söndürülüb.

Hadisə nəticəsində bir nəfər yüngül xəsarət alıb.