Azərbaycan Mərkəzi Bankı (AMB) həftədə bir dəfə keçirdiyi depozit hərracı vasitəsilə cəlb etmək istədiyi vəsaitin həcmini növbəti dəfə artırıb.

Bu barədə Unikal.org Report-a istinadən xəbər verir ki, bu barədə AMB-dən məlumat verilib.

Belə ki, qurum fevralın 17-də keçirəcəyi depozit hərracında 200 mln. manat vəsait cəlb etmək niyyətindədir. Halbuki, bu rəqəm fevralın 13-də keçirilmiş hərracda 150 mln. manat olub. Başqa sözlə, depozit hərracının büdcəsi 33,3% artırılıb.

AMB-nin depozit hədəfinə yenidən baxması son hərracda tələbin təklifdən 31,33% çox - 197 mln. manat olması ilə bağlıdır.