Qırğızıstanda prezident seçkiləri noyabrın 19-da keçiriləcək.
Unikal.org Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Qırğızıstan prezidenti Almazbek Atambayev ölkənin Mərkəzi Seçki Komissiyasının sədri ilə keçirdiyi görüş zamanı deyib.
"Prezident seçkilərə 9 ay qalıb. Bütün çatışmazlıqlar və nöqsanları aradan qaldırmaq və tamamilə açıq və ədalətli seçkilərin keçirilməsini təmin etmək lazımdır. Ancaq ədalətli və azad seçkilər hakimiyyətin legitimliyi və ölkədə sabitliyi təmin edəcək.