Çində 30 yaşlı keçmiş milyonlarla kişi evlənmək üçün özlərinə qadın tapa bilmirlər.
Unikal.org bbc-yə istinadən xəbər verir ki, Çində 30 yaşı keçmiş subay kişilərə "şengnan" deyilir. Şengnan sözünün mənası isə 30 yaşdan yuxarı özünə həyat yoldaşı tapa bilməyən "artıq kişi" mənasın verir. Əhali içində kişi sayının getdikcə artdığı bir ölkədə böyük bir problem yaşanır.
Çində son illərdə tətbiq olunan tək uşaq siyasəti səbəbindən kişilərin sayı durmadan artmaqdadır. Bu siyasət 2015-ci ildən tətbiq olunmağa başlayıb. 2020-ci ilə qədər Çində evlənmə yaşına gəlmiş kişilər və qadınlar arasındakı fərqin 30 milyona çatacağı təxmin edilir. 2030-cu ildə isə Çində hər 4 kişidən birinin subay qalacağı proqnozlaşdırılır.
Misal üçün Çində iş adamı sevdiyi qıza 99 "iPhon" telfon almasına baxmayaraq qız evlilik təklifini rədd edib. Bu da ictimai mediada lağ mövzusuna çevrilib.