Gəncədə dönərxanada partlayış baş verib. Hadisə Nizami prospekti 183 D ünvanında yerləşən dönərxanada qeydə alınıb.

Unikal.org ARB-yə istinadən xəbər verir ki, dönər hazırlamaq üçün istifadə olunan qurğuda qaz sızması nəticəsində partlayış baş verib.

Hadisə nəticədə obyektin işçisi - 36 yaşlı Azər Qarayev yüngül bədən xəsarətləri alıb, müştərilər isə təxliyə olunub.Əraziyə Gəncə Şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin 3 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub.
Alovun qarşısı alınıb.Faktla bağlı araşdırma aparılır.

.