Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan Dövlət Gömrük Komitəsi ilə Belarus Dövlət Gömrük Komitəsi arasında malların hava nəqliyyatı ilə daşınmasına dair gömrük hüquqpozmaları ilə mübarizə sahəsində qarşılıqlı fəaliyyət haqqında Protokolun təsdiq edilməsi barədə fərman imzalayıb. 

Unikal.org-un məlumatına görə, dövlət başçısı Dövlət Gömrük Komitəsinə Protokolun müddəalarının həyata keçirilməsini təmin etməyi, Xarici İşlər Nazirliyi isə Protokolun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Belarus hökumətinə bildiriş göndərməyi tapşırıb. 

Qeyd edilib ki, Azərbaycan Dövlət Gömrük Komitəsi ilə Belarus Dövlət Gömrük Komitəsi arasında malların hava nəqliyyatı ilə daşınmasına dair gömrük hüquqpozmaları ilə mübarizə sahəsində qarşılıqlı fəaliyyət haqqında Protokol  2016-cı il noyabrın 28-də Bakıda imzalanıb.