Bir neçə dəqiqə bundan əvvəl Bakının əsas küçələrindən biri olan Ziya Bunyadovda üzü "Koroğlu" metrostansiyasına gedən istiqamətdəki tuneldə zəncirvarı qəza baş verib.

Unikal.org-un lent.az-a istinadən verdiyi məlumata görə, "KamAz markalı yük avtomobili əylənc sisteminin işləmədiyinə görə, bir neçə maşına çırpılıb. Nəticədə yolda tıxac olub. Təxminən 7-8 avtomobilin əzildiyi bildirilir.

Qeyd edək ki, hadisə yerinə DYP-nin əməkdaşları gəlib. Detallar dəqiqləşdirilir.