Qazaxıstanda pilot yolu təyin etmək üçün Mi-8МТ vertolyotunu magistral yola endirməli olub.
Unikal.org tengrinews.kz-a istinadən xəbər verir ki, internetdə yayılan videodan görmək olar ki, vertolyotdan düşən hərbi geyimli kişi yük maşınının sürücüsünə yaxınlaşaraq, ona müraciət edir.
Qazaxıstan Müdafiə Nazirliyi bildirir ki, vertolyot təlim enişi edib:
"Hərbi Hava Qüvvələlərinə məxsus təyyarə tədris-döyüş tapşırığına uyğun olaraq, vizual istiqamətləndirmənin bərpası məsələlərini yerinə yetirib. Ekipaj, təhlükəsizlik şəraitini, həmçinin ətrafdakı yaşayış məntəqələrini nəzərə alaraq, tədris məqsədilə yola enib.