Ağcabədi rayonunda 23 yaşlı oğlanın intihar etməsi ilə bağlı araşdırmalar aparılır. 

Unikal.org Lent.az-a istinadən xəbər verir ki, dünən gecə saatlarında yaşadığı Yuxarı Qiyaməddinli kəndində özünü asaraq həyatına son qoyan 23 yaşlı Şəmistan Cəfərov subay imiş və fərdi əməklə məşğul olurmuş. O, anası ilə birgə yaşayırmış və gecə saatlarında anası Şəmistanın asılı vəziyyətdə qalmış meyitini aşkarlayıb.

Bildirilir ki, Ş.Cəfərovun psixoloji vəziyyəti normal olub. Onun hansı səbbədən həyatına qəsd etməsi hələlik məlum deyil.

***09:37
Ağcabədi rayonunda intihar hadisəsi baş verib.

Bu barədə Rayon Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, hadisə fevralın 15-də rayonun Yuxarı Qiyaməddinli kəndində baş verib. Kənd sakini, 1994-cü il təvəllüdlü Cəfərov Şəmistan Sevindik oğlu özünü yaşadığı evin həyətində asaraq intihar edib.

İntiharın səbəbləri məlum deyil. Faktla bağlı Ağcabədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlanıb.