Avtomobilin buferindən, yük yerindən və oturacaqlarından külli miqdarda siqaret çıxdı.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan ölkəmizə gələn Azərbaycan vətəndaşının idarə etdiyi minik avtomobilinə gömrük nəzarəti keçirilib.

Gömrük baxışı zamanı həmin nəqliyyat vasitəsinin arxa buferində, yük yerində və oturacaqlarının içərisində cəmi 9200 ədəd "Kent" və "Marlboro" markalı siqaretlər aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.