Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan rəsmi görüş üçün getdiyi Səudiyə Ərəbistanında Kəbəni də ziyarət edib.
Unikal.org-un türkiyə mətbuatına istinadən məlumatına görə, o, Mədinədə Məhəmməd Peyğəmbərin qəbrinin olduğu "Mescid-i Nebevi"ni ziyarət etdikdən sonra Məkkəyə gedib. Prezident gecə saatlarında "Mescid-i Haram"da olub.
Prezidentin xanımı Əminə də onunla birgə Kəbəni ziyarət edib.