İspaniyanın şimalındakı Burgos şəhərində 64 yaşındakı bir qadının balon körpə üsulu ilə əkiz uşaq dünyaya gətirdi.
Unikal.org xəbər verir ki, M.İ.A. adlı qadının ABŞ-da balon körpə üsulu hamilə qaldıqdan sonra İspaniyaya döndüyü və Burgos şəhərindəki Recoletas xəstəxanasında keysəriyyə ilə əkiz uşaq dünyaya gətirdiyi açıqlandı.
Biri qız digəri oğlan olan əkiz körpələrin və ananın səhhətinin çox yaxşı olduğu bildirilib. 64 yaşındakı qadının 6 il əvvəl də yenə eyni xəstəxanada bir qız uşağı dünyaya gətirdiyi deyilib.
Həkimlər İspaniyada 58 yaşdan yuxarı qadınlarda doğum etmə hadisələrinin çox nadir görüldüyünü deyərək, 64 yaşında əkiz doğum edən qadının vəziyyətinin xüsusi sayıldığını deyiblər.