"Daxili işlər orqanlarının şəxsi heyət tərəfindən insan və vətəndaş hüquq və azadlıqlarının pozulması barədə müraciətlər operativ və obyektiv araşdırılaraq müvafiq tədbirlər görülür.
DİN-in mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, bunu daxili işlər naziriRamil UsubovAvropa Şurasının İşgəncələrin, qeyri-insani və ləyaqəti alçaldan rəftarın və ya cəzanın qarşısının alınması üzrə Komitəsinin prezidenti Mikola Qnatovskinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə bu gün keçirilən görüşdə deyib.
Nazir bildirib ki, təkcə son 5 ildə vətəndaş hüquqlarının pozulması faktlarına görə 1579 əməkdaş cəzalandırılıb, o cümlədən 146 nəfər daxili işlər orqanlarında xidmətdən xaric edilib.