Bakıda estetik əməliyyat keçirən gənc qız həyatına son qoymaq istəyib.

Unikal.org lent.az-a istinadən xəbər verir ki, Yasamal rayon sakini olan 21 yaşlı Aytən Qulamova (ad-siyad şərtidir) Şıxov çimərliyində dənizə girərək özünü suda boğmağa çalışıb. Gənc qızın "Eldorado otelinin yaxınlığında dənizə girdiyini görən şəxslər dərhal polis çağırıblar. Sahilə yığılmış şəxslərin çağırışından sonra A.Qulamova dənizdən çıxıb.

Məlum olub ki, A.Qulamova son vaxtlar burnundan 2 dəfə estetik əməliyyat keçirib. Lakin əməliyyatların nəticəsi onun ürəyincə olmayıb və gənc qız dərin stress keçirib.

Hadisə ilə bağlı araşdırma aparılır.