Bakıda polisin saxladığı şəxsin cinayət əməli üzə çıxıb.
Unikal.org-un Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, qəsdən sağlamlığa ağır zərər vurmaqda şübhəli bilindiyinə görə tutulan Murad Heydərovun ətrafında Yasamal RPİ 29-cu PB əməkdaşları tərəfindən aparlıan əməliyyat tədbirləri ilə onun Bakı şəhər sakini Fuad Məmmədova məxsus "VAZ-21011" markalı avtomobili qaçırması, Yasamal rayonu ərazisində idarə edərkən maneəyə vuraraq aşırması və bu nəqliyyat vasitəsini hadisə yerində qoyaraq qaçması müəyyən edilib.
Həmin avtomobil Bakı BPİ DYPİ-nin əməkdaşları tərəfindən müvəqqəti duracağa yerləşdirilib.
Araşdırma aparılır.