Pakistan ötən gün Sehvan-Şərif şəhərində baş vermiş terror hadisəsindən sonra Əfqanıstanla sərhədini qeyri-müəyyən vaxta bağlayıb.
Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Pakistan Ordusundan məlumat verilib.
Bildirilib ki, bu, təhlükəsizlik tədbiləri və terror hadisəsinin araşdırılması məqsədilə həyata keçirilən tədbirdir.
Bildirilib ki, bu, təhlükəsizlik tədbiləri və terror hadisəsinin araşdırılması məqsədilə həyata keçirilən tədbirdir.
Qeyd edək ki, ötən gün Pakistanın Sehvan-Şərif şəhərində Lal Şahbaz Qələndərin məqbərəsi yaxınlığında partlayış baş verib. Partlayış nəticəsində 74 nəfər ölüb, 300-dən çox adam yaralanıb.