"ABŞ dünyanın digər dövlətləri kimi Dağlıq Qarabağın müstəqilliyini tanımır".
Unikal.org bildirir ki, bu sözləri jurnalistlərə ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta Azərbaycanın işğal olunmuş ərazilərində "referendum"un keçirilməsi barədə sualı cavablandırarkən deyib.
R.Sekuta bildirib ki, ATƏT-in Minsk qrupunun son bəyanatında deyildiyi kimi, nə ABŞ, nə Azərbaycan, nə də Ermənistan Dağlıq Qarabağın müstəqilliyini tanıyır.