Münhen təhlükəsizlik konfransında birinci panel müzakirələrinin aparıcısı, Financial Times qəzetinin redaktoru Estoniya prezidentini tanımayıb.
Unikal.org-un RiaNovosti-yə istinadən xəbər verir ki, xanım prezident Kersti Kalyulayd sual vermək üçün əlini qaldırarkən, aparıcı "Bu xanım sual vermək istəyir. Yaxşı olardı ki, szi özünüzü və kimi təqdim etdiyinizi bildirərdiniz deyib. Xanım prezident cavabında "Təşəkkür edirəm, mən Estoniyanın prezidentiyəm cavabını verib.
Qeyd edək ki, konfrans fevralın 19-na qədər davam edəcək. Konfransda Azərbaycan prezidenti İlham Əliyev də iştirak edir.