Sakit okeanın cənub-qərb hissəsinin dərinliklərində dünyanın yeni qitəsinin tapıldığı iddia olunur.
Unikal.org bildirir ki, Yeni Zelandiya, Avstraliya və Yeni Kaledoniyadan olan bir qrup geoloq bu qənaətə gəlib.
Məlumata görə, Zelandiya adı verilən qitənin ərazisi 5 milyon kvadrat kilometrdir və 94 faizə yaxın ərazisi suyun altında yerləşir.
Alimlərin fikrincə, Zelandiya 100 milyon il əvvəl ümumi qitədən ayrılmağa başlayıb.
Tapıntının müəllifləri, Zelandiyanın yeni coğrafi qitə olaraq əlavə olunmasını təklif edir.