Bakıda dəm qazı daha bir nəfərin həyatına son qoyub.

Unikal.org apa-ya istinadən xəbər verir ki, bu barədə Binəqədi rayon Polis İdarəsindən məlumat verilib.

Bildirilib ki, 7-ci mikrorayon ərazisində yaşayan, 1957-ci il təvəllüdlü Həbib Həsən oğlu Əliyev yaşadığı evdə dəm qazından boğularaq ölüb.

Faktla bağlı araşdırma aparılır.