Ermənistanın sabiq müdafiə naziri Seyran Ohanyana qarşı cinayət işi açılacaq.
Unikal.org erməni mətbuatına istinadən xəbər verir ki, Ermənistanın Hərbi Prokurorluğu Ohanyan və onun komandasından olan şəxslərə qarşı oğurluq, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə maddələri üzrə cinayət işləri açmağı planlaşdırır.
Yaxın vaxtlarda cinayət işi və həbslər başlayacaq. Seyran Ohanyan isə bu hadisələrin mərkəzində olacaq.