Yaponiyada paytaxt Tokionun yaxınlığında yerləşən Tatikava şəhərində 7 məktəbdən olan 800 uşaq qidadan zəhərlənib.
Unikal.org Rusiya mətbuatına istinadən xəbər verir ki, uşaqlar qarın ağrıları və ürəkbulanmadan şikayətləniblər.
Sözügedən uşaqlardan 5-i hospitala yerləşdirilib. İlkin məlumatlara görə, uşaqlar məktəbdə nahar yeməyindən zəhərləniblər.
Faktla bağlı araşdırmalar aparılır.