Salyan rayonunda üç yaşlı qız yanıb.

Unikal.org report-a istinadən bildirir ki, hadisə şəhərin Əlövsət Quliyev küçəsi bina 2, mənzil 1 ünvanında qeydə alınıb.

Həmin ünvanda yaşayan, 2014-cü il təvəllüdlü Fatimə Nahid qızı Nəsirova süd qazanına düşüb.

Nəticədə üz nahiyəsindən yanıq xəsarətləri alan uşaq Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

O, xəstəxanada ilk tibbi yardım aldıqdan sonra ambulator müalicəyə göndərilib.