Finlandiya parlamenti eynicinsli nikahlar haqqında qanunun ləğv edilməsini tələb edən vətəndaş təşəbbüsünü rədd edib.
Parlamentə təqdim olunan petisiyanı yalnız 48 deputat dəstəkləyib. 120 millət vəkili isə eynicinsli nikahların qadağan olunmasını istəyən petisiyanın əleyhinə səs veriblər. Nəticədə parlament yenidən eynicinsli nikahlar haqqında qanunu təsdiq edib.
Qeyd edək ki, Finlandiya eynicinsli nikahlar haqqında qanunu 2014-cü ildə qəbul etsə də, 2017-ci ilin martından qüvvəyə minəcək.