Argentinada avtobusun qəzaya uğraması nəticəsində 19 nəfər ölüb, 21 nəfər isə xəsarət alıb.
Unikal.org-un "RİA Novostiyə istinadən verdiyi xəbərə görə, qəza Mendosa əyalətində qeydə alınıb. Çilinin "TurBus şirkətinə məxsus avtobusda 32 Argentina, 4 Çili, 1 Kolumbiya və 1 Haiti vətəndaşı olub. Sərnişinlərdən üçünün azyaşlı uşaq olduğu bildirilir.
Məlumata görə, 16 nəfər aldığı xəsarətlərdən hadisə yerində, üçü isə xəstəxanada keçinib.
Qəzanın səbəbləri araşdırılır.