Salyanda 11 yaşlı sakin yanıq xəsarəti alıb.

Unikal.org "Report"a istinadən bildirir ki, hadisə axşam saatlarında rayonun Qırxçıraq kəndində qeydə alınıb.

Belə ki, kənd sakini Uğur Samir oğlu Məlikov hamamda olarkən başı suqızdırıcısına dəyib. Suqızdırıcısı qaynar olduğundan yeniyetmənin alnı yanıb.
U. Məlikov yaxınları tərəfindən Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanada ona ilk tibbi yardım göstərilib və yaralı ambulator müalicəyə buraxılıb.